Millinin oyununun vaxtı dəyişdirildi
26.09.2013 - 09:16
17 yaşadək futbolçulardan ibarət milli komandamızın Avropa çempionatının ilkin seçmə mərhələsindəki son oyununun vaxtında dəyişiklik olunub. Apasport.az saytının məlumatına görə, UEFA bunu qarşılaşmaların keçirildiyi Rusiyanın Volqoqrad şəhərində havanın erkən qaralması ilə izah edib və bunun üçün bütün iştirakçıların razılığı alınıb.
Beləliklə, bu gün “Zenit” stadionunda keçiriləcək Azərbaycan – Slovakiya oyunu 18:00-da yox, 17:30-da başlayacaq. Qrupun digər qarşılaşması olan İslandiya – Rusiya matçı da eyni vaxtda keçiriləcək.
Qeyd edək ki, Nikolay Adamın yetirmələri Slovakiyanı yenəcəyi halda, Avropa çempionatının elit mərhələsinə vəsiqə qazanmaq imkanı var.

0
0