AZAL “Rəvan”a çatdı
26.09.2013 - 09:34
AZAL “Rəvan”a çatdı
Peşəkar Futbol Liqasının səsvermə ilə müəyyənləşdirdiyi “Ayın qolu” mükafatı 5-ci dəfə sahibini tapıb. Apasport.az saytının məlumatına görə, bu ilin fevralından Premyer Liqanın təşkilatçısı ilə sponsoru olan “Topaz”la birlikdə təsis etdiyi qənimət 2-ci dəfə AZAL-in futbolçusuna nəsib olub.

Avqustun ən gözəl qolunu vuran Con Oluremi martda belə uğur qazanan Cavid Tağıyevdən sonra bu mükafatı qazanan 2-ci “təyyarəçi”dir. Bununla, AZAL 2 belə mükafat qazanan “Rəvan”ın rekordunu təkrarlayıb.

Bu 2 komandadan başqa yalnız “İnter” 1 belə uğura sevinib.