Liderlər üçün çətin sınaq: Sensasiya harda olacaq?
26.09.2013 - 10:57
Liderlər üçün çətin sınaq: Sensasiya harda olacaq?
Sabah Topaz Premyer Liqasında VIII turun oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, I dövrənin sonuncudan əvvəlki turunun 4 qarşılaşması Bakıda, biri əyalətdə baş tutacaq.

Turnir cədvəlinin ilk 3 pilləsində qərarlaşan komandaları bu həftə çətin oyunlar gözləyir. Onlardan ikisi – “Neftçi” ilə “Qarabağ” bir-biri ilə qarşılaşacaqsa, lider “Qəbələ” 5-ci pillədə yer alan “Simurq”la üz-üzə gələcək.

Həftənin ilk oyunu Lənkəranda keçiriləcək. Mövsümə uğursuz start verən “Xəzər Lənkəran”la “İnter” üz-üzə gələcək. Son 2 turda qazanılan qələbələrlə özünə gələn cənub təmsilçisi mövqeyini daha da yaxşılaşdırmağa çalışacaq. Hələ də özünə gəlməyən bakılılar üçün isə çətin səfərdə 1 xal da uğur sayıla bilər.

Sentyabrın 28-də 2 görüş olacaq ki, əvvəl turnir cədvəlinin aşağı yarısında qərarlaşan “Bakı” ilə “Sumqayıt” münasibətlərini ayırd edəcək. Bakılılar xal hesabına görə 2 dəfə arxada qoyduğu rəqiblə matçda xal itirməmək niyyətindədir. “Qəbələ”, “Neftçi” və “Xəzər Lənkəran” kimi güclü rəqiblərdən xal alan sumqayıtlılar bu dəfə də sensasiyaya imza atmağa çalışacaq.

Turun mərkəzi matçı “Neftçi” və “Qarabağ” arasında olacaq. Bütün ölkə çempionatlarında güclülər dəstəsində oynamış 2 komandanın dueli tura rəng qatacaq. Hər 2 komandanın hazırda liderdən 1 xal geri qalmaqla 2-ci yerə şərik olması da matça xüsusi maraq əlavə edir. Bu matçda qalib gələn komanda ən azı 1 günlük turnir cədvəlinin zirvəsinə qalxacaq. Heç-heçə olacağı halda isə şəxsi oyunların nəticəsinə görə “Qarabağ” zirvədə yer alacaq.

Turun son günündə “Qəbələ” “Simurq”un qonağı olacaq. Bakıda baş tutacaq qarşılaşmanın nəticəsindən asılı olaraq Yuri Syominin yetirmələri 1-ci pillədə qalacaq. “Qırmızı-qaralar” qalib gəlsə yenə həftəni lider kimi başa vuracaq. “Qarabağ”la “Neftçi”nin xal itirəcəyi halda isə “Qəbələ”yə liderlik üçün 1 xal da yetər.

Tura “Rəvan”la AZAL arasında paytaxt derbisi ilə yekun vurulacaq. Meydan sahibləri sonuncu pillədən qurtulmaq üçün ən azı xal qazanmağa çalışacaqlar. Son turlar mövqeyini əldən verməkdə olan AZAL isə iddialarını davam etdirmək üçün qalib gəlməyə borcludur. “Neftçi” ilə “Qarabağ”ın heç-heçə edəcəyi, “Qəbələ”nin uduzacağı halda isə AZAL da qalib gəlib onlara çatar. Belə vəziyyətdə 4 klubun eyni – 15 xalı olacaq. Bu isə Tərlan Əhmədovun yetirmələrini zirvəyə daşıyacaq.

VIII tur
27 sentyabr

19:00 “Xəzər Lənkəran” – “İnter”
Lənkəran şəhər stadionu

28 sentyabr
16:00 “Bakı” – “Sumqayıt”
“Bakı”nın təlim-məşq bazasının stadionu

19:00 “Neftçi” – “Qarabağ”
“Bakcell Arena” stadionu

29 sentyabr
18:00 “Simurq” – “Qəbələ”
“Şəfa” stadionu

19:00 “Rəvan” – AZAL
“Bayil Arena” stadionu.

komandaoqhmtx
1
Qəbələ
7
5
0
2
13-7
15
2
Qarabağ
7
4
2
1
11-4
14
3
Neftçi
7
4
2
1
10-5
14
4
AZAL
7
4
0
3
8-10
12
5
Simurq
7
3
2
2
7-6
11
6
Bakı
7
3
1
3
15-7
10
7
Xəzər L
7
2
3
2
6-7
9
8
Sumqayıt
7
1
2
4
5-12
5
9
İnter7
1
1
5
13-15
4
10
Rəvan
7
1
1
5
3-18
4

Bombardirlər: Mindauqas Kalonas, Əfran İsmayılov (hər ikisi “Bakı”) - 4 qol