PFL avqustda vurulan qolu sentyabra saxladı - VİDEO
26.09.2013 - 11:21
Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytında keçirilmiş sorğunun nəticələrinə əsasən AZAL klubunun yarımmüdafiəçisi Con Olureminin (771 səs, 35%) Topaz Premyer Liqasının IV turunda “Sumqayıt”ın qapısına vurduğu qol avqust ayının ən yaxşısı seçilib. Apasport.az saytının məlumatına görə, amerikalı futbolçu səsvermədə Cavid Hüseynov (Bakı) (579 səs, 26%), Reynaldo Silva (Qarabağ) (482 səs, 22%), Bahodır Nasimov (Neftçi) (278 səs, 13%) və Vaqif Cavadovu (İnter) (100 səs, 5%) qabaqlayaraq, dünən təşkil olunan tədbirdə xüsusi mükafatla təltif edilib.
Ancaq PFL-in səsvermə üçün təqdim etdiyi siyahıda bir məqam diqqət çəkir.
Belə ki, avqustun 31-də V tur çərçivəsində keçirilən “Bakı” – “Neftçi” görüşündə (3:0) Əfran İsmayılovun 32-ci dəqiqədə vurduğu baxımlı qolun “beşlik”də yer almamağı təəccüb doğurur.
Məsələyə aydınlıq gətirmək üçün PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevlə əlaqə saxladıq. Təşkilatçı qurumun rəsmisi İsmayılovun qolunun diqqətdən kənarda qalmadığını bildirdi: “Əfranın “Neftçi”yə vurduğu qol həqiqətən də baxımlıdır. Bu, bizim diqqətimizdən qaçmayıb. Sadəcə, 5-ci tura sentyabrın 1-də yekun vurulub. Fikirləşdik ki, ilk 8 turdan dördünü avqust, dördünü isə sentyabr ayının səsverməsinə daxil edək. Çünki bu halda aylar arasında balans olur. İsmayılovun qolu sentyabr ayı üçün nəzərdə tutulan “beşlik”də olacaq”.
Şahgəldiyev futbol ictimaiyyətinin və idman mətbuatının Cavid Hüseynovun avqust ayının ən yaxşı oyunçusu seçilməsini birmənalı qarşılanmamağına da münasibət bildirdi: “Ayın oyunçusunu PFL yox, jurnalistlər seçir. Əgər mətbuat Cavid Hüseynovu ən yaxşı seçirsə, biz nə edə bilərik? Kim daha çox səs toplayırsa, həmin futbolçunu da mükafatlandırırıq”.

0
0