Dieqo Kosta milliləşdirilir
26.09.2013 - 14:06
Dünya və Avropa çempionu İspaniya yığması heyətini gücləndirmək üçün legionerin milliləşdirilməsinə əl atmağa qərar verib. Apasport.az saytının məlumatına görə, bu ölkənin futbol federasiyası FİFA-ya müraciət edərək Dieqo Kostanın milliyə cəlb olunması üçün razılıq istəyib.
Madrid “Atletiko”sunun braziliyalı hücumçusu ilə ispaniyalılar ön xətdəki problemləri həll etmək fikrindədir. Belə ki, Fernando Torres və David Vilya əvvəlki kimi təhlükəli olmadığından və onlara layiqli əvəzləyici tapılmadığından dünya çempionları nominal hücumçusuz da çıxış edirdi.
Qeyd edək ki, cari mövsümdə “Atletiko”da 6 oyuna 7 qol vuran Kosta Braziliya yığmasında 2 görüş keçirib. Hər 2 matç yoldaşlıq oyunu olduğundan ispaniyalılar onun milliləşdirilməsi üçün icazə istəməyi lazım bilib.

0
0