Millimiz 12 yaşlı stadionda - FOTO
26.09.2013 - 14:20
Millimiz 12 yaşlı stadionda - FOTO
Azərbaycan futbol millisinin yoxlama oyununun keçiriləcəyi şəhər və stadion müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yığmamızın noyabrın 15-də Estoniya ilə keçirəcəyi qarşılaşma Tallinndə baş tutacaq.

Qarşılaşma “A.Le Koq Arena”da təşkil olunacaq. 12 il əvvəl - 2001-ci ildə istifadəyə verilən bu stadion 9692 tamaşaçı tutur.

Qeyd edək ki, Estoniya yığması ilə yanaşı, “Flora” klubu da ev oyunlarını bu arenada keçirir.

Mənbə: affa.az