“Sevilya”nın hücumçusu yığmamıza qarşı oynamaya bilər
26.09.2013 - 14:25
“Sevilya”nın hücumçusu yığmamıza qarşı oynamaya bilər
Rusiya millisinin hücumçusu Denis Çerışev oktyabrın 15-də yığmamızla oyunda iştirak etməyə bilər. Apasport.az saytının məlumatına görə, 22 yaşlı sol cinah vingeri “Sevilya”nın “Rayo Valyekano” ilə dünənki görüşündə sıradan çıxıb.

“Sevilya”nın 4:1 hesabı ilə qələbə qazandığı matçda start heyətində meydana çıxan gənc oyunçu 15-ci dəqiqədə əzələsindən ciddi zədə alıb. O, sol cinahdan asma verərkən əzələsi cırılıb. Belədə baş məşqçi Unai Emeri onu Almaniya yığmasının polşaəsilli sabiq üzvü Pyotr Troxovski ilə əvəzləyib. Çerışevin zədəsinin ciddiliyinə tibbi baxış zamanı aydınlıq gələcək.

Qeyd edək ki, Denis vaxtilə “Volqa”da Vaqif Cavadovun baş məşqçisi olmuş Dmitri Çerışevin oğludur. O, avqustun 15-də Şimali İrlandiya ilə görüşdə də meydana çıxdıqdan 4 dəqiqə sonra zədələnmişdi.