“Baş məşqçi sözünü ona qışqıraraq çatdırır” - MÜSAHİBƏ
26.09.2013 - 17:30
AZAL klubunun müdafiəçisi Jose Junior Ailtonun apasport.az saytına müsahibəsi
- Çempionatın VI turunun “Qəbələ” ilə qarşılaşmasında zədə almışdınız. İndi vəziyyətiniz necədi?
- Hazırda bərpa prosesi keçirəm. “Xəzər Lənkəran”a görüşə elə zədə ucbatından çıxa bilmədim. Tezliklə sağalıb, komandaya kömək etməyə çalışıram. Amma hələlik ayağımda ağrılar var.
- “Rəvan”la görüşdə iştirak edə biləcəksiniz?
- Konkret nəsə deyə bilmərəm. Mən oynamaq istərdim. Amma gərək bunun üçün tam hazır olum.
- Son vaxtlar çoxları AZAL-ın üzləşdiyi ardıcıl məğlubiyyətləri müzakirə edir. Siz bunun səbəbini nədə görürsünüz?
- Ciddi səbəb axtarmaq lazım deyil. Birinci məğlubiyyət zamanı yaxşı oyandıq. Müəyyən şanslarımız oldu, amma yararlana bilmədik. “Xəzər Lənkəran”la qarşılaşmada hər iki komandanın 3 xala ehtiyacı var idi. Həmin görüşdə Branislav Arseniyeviçlə mən oynamırdıq. Lakin bizi layiqincə əvəzləmişdilər. Bu, onu göstərir ki, bu gün AZAL-da istənilən futbolçunun yerini doldura biləcək oyunçular var. Onu deyim ki, Oskar qırmızı vərəqə almasaydı, qarşılaşma fərqli məcrada davam edəcəkdi.
- Əslində, heyət baxımında rəqiblərindən geri qalan AZAL-ın iddialılar sırasında yer alacağı gözlənilmirdi. Ola bilərmi ki, ardıcıl qələbələrdən sonra komandanın gücü çox şişirdilsin?
- Futbolda hər şey baş verə bilər. Ancaq ötən ilin birinci dövrəsindəki vəziyyətlə müqayisə edirlər. Ötən il elə olub deyə, bu dəfə də həmin hal təkrarlanası deyil.
- Bəlkə komandanın gücü bu qədərini reallaşdırmağa imkan verir?
- Fikirləşirəm ki, daha yaxşı olacaq. Çalışacağıq ki, ilk “dörd”lükdə yer alaq. Hər şey baş verə bilər. Mövsüm uzundur. Oyunların sayı çoxdur. Ümid edirəm ki, AZAL ötən illə müqayisədə daha yaxşı nəticə qazanacaq. İstəyirik ki, avrokuboklarda iştirak etmək hüququ verən yerlərdən birini tutaq.
- Məğlubiyyətlərə səbəb kimi komandada nizam-intizamın aşağı səviyyədə olması qeyd edilir...
- Hər şey normaldır. Hansısa intizamlıq yoxdur. Son iki oyundan sonra bu haqda çox danışırlar, amma bu, həqiqəti əks etdirmir. Yenilginin müxtəlif səbəbləri ola bilər. Məsələn, futbolçular üzərində ardıcıl qələbələrdən sonra təzyiq, eləcə də, yorğunluq yarana bilər. Növbəti oyunlara köklənmişik.
- İntizamsızlıq deyəndə, yalnız qırmızı və ya sarı vərəqə deyil, komandadaxili münasibətlər də nəzərdə tutulur. Xüsusilə, oyun zamanı baş məşqçinin futbolçulara qışqırması diqqətdən qaçmır...
- Hər futbolçu məşqçinin tapşırığını yerinə yetirir. Oyunçu meydanda uzaq məsafədə olarkən, təbii ki, baş məşqçi sözünü ona qışqıraraq çatdırır.
- Bazar günü “Rəvan”la qarşılaşacaqsınız. Bu oyun AZAL üçün yenidən dönüş nöqtəsi ola bilərmi?
- Çətin olacaq. Hər iki komanda son matçda məğlub olub. Xüsusilə, biz doğma meydanda xallar itirdik.

0
0