“Sevinirəm ki, Pike teatrı kinoya dəyişib”
26.09.2013 - 16:29
“Barselona”nın müdafiəçisi Jerard Pikenin atmacasına “Real”dan cavab gəlib. Apasport.az saytının məlumatına görə, Alavro Arbeloa İspaniya millisində bərabər çıxış etdiyi Pikenin “aktyor” olmasına işarə vurub.
Dünən İspaniya çempionatının VI turu çərçivəsində keçirilən “Elçe” – “Real” oyununda qonaqlar qərəzli penalti sayəsində qələbə qazanıb -2:1.
Matçın əsas vaxtına əlavə olunmuş 6-cı dəqiqədə meydan sahiblərinin cərimə meydançasında Pepe rəqib futbolçuya qarşı kobudluq etsə də, referi “Elçe”nin qapısına penalti təyin edib. Topa yaxınlaşan Ronaldo isə şansını qaçırmayıb.
Bu qələbənin ardından Pike “twitter”dəki hesabında madridlilərə “ilişib”: “Real”ın iştirakı ilə komediyaya baxıram”. Arbeloa isə buna cavab olaraq belə yazıb: “Sevinirəm ki, bəziləri teatrı kinoya dəyişib. Böyük irəliləyişdi”.

0
0