Şimali irlandiyalılar Bakıdakı oyuna bilet almağın qaydasını açıqladı
26.09.2013 - 17:25
Şimali İrlandiya Futbol Assosiasiyası (ŞİFA) öz azarkeşləri üçün millimizlə oyunun biletlərinin alınması üsullarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, oktyabrın 11-də “Bakcell Arena”dakı matça biletlərin qiyməti 9 funtdur.
Həmin biletləri əldə etmək istəyənlər oktyabrın 1-dək yerli assosiasiyanın müvafiq anketini doldurub qeydiyyatdan keçməlidir. Bundan sonra AFFA biletləri ŞİFA-ya vaxtında göndərsə, onlar oktyabrın 7-dən qeydiyyatdan keçmiş sahiblərinə veriləcək. Biletlərin poçt üsulu ilə çatdırılması isə əlavə 5,65 funt sterlinq tələb edir.
Qeyd edək ki, bizdə saat 21:00-da başlayacaq oyunun qiymətləri 4, 6 və 50 manatdır.

0
0