“Xəzər Lənkəran” lider oldu
26.09.2013 - 17:54
“Xəzər Lənkəran” lider oldu
Bu gün Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici komandalarının çempionatında VIII tura start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun Lənkəranda baş tutub.

İlk iki yeri tutan “Xəzər Lənkəran” və “İnter” arasında keçirilən matç liderlik baxımından xüsusi prinsipiallıq daşıyırdı. Start fiti “Xəzər Lənkəran” stadionunun ehtiyat meydançasında verilən oyunda meydan sahibləri ilk dəqiqələrdən inamlı təsir bağışlayıb.

Belə ki, cənublular əsas komandanın malili sağ cinah yarımmüdafiəçisi Sadio Tunkaranın qolu ilə fasiləyə minimal üstünlüklə yollanıb. İkinci yarıda Fikrət Ulduzlunun baş zərbəsi ilə fərqi artıran “ağ-yaşıllar” 2:0 hesabı ilə qalib gələrək liderliyə yüksəlib.