Nikolay Adam da millimizi elit mərhələyə çıxara bilmədi
26.09.2013 - 18:21
Bu gün 17 yaşadək futbolçulardan ibarət millimizin yer aldığı qrupda Avropa çempionatının ilkin seçmə mərhələsinin son oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, yığmamız elit mərhələyə çıxmaq üçün Slovakiyanı məğlub etməli olsa da, rəqibinə uduzub – 2:4.
Millimizdən qolları Benhur Kama (62) və Umar Akmurzayev (69) vurub. Slovakiya isə Lubomir Qorelçik (10), Yakub Krç (25), Nikolas Şpalek (68) və David Kondrlik (78) sayəsində qapımıza yol tapıb. “Qarabağ”ın qapıçısı Ağaseyid Qasımovun 66-cı dəqiqədə qırmızı vərəqə aldığı görüşdə Kama və Şpalek penalti zərbəsindən fərqlənə bilib.
Qeyd edək ki, qrupun digər oyununda İslandiya meydan sahibi Rusiyanı 2:1 məğlub edərək elit mərhələyə lider kimi çıxıb. Nikolay Adamın yetirmələri isə İslandiya ilə görüşdə (3:3) qazandığı 1 xalla qrup sonuncusu olub.
AÇ-2014-ün seçmə mərhələsi
10-cu qrup
26 sentyabr
Azərbaycan - Slovakiya - 2:4
Qollar: Benhur Kama, 62 (pen.), Umar Akmurzayev, 69 - Qorelçik, 10, Krç, 25, Şpalek, 68 (pen.), Kondrlik, 78
Qırmızı vərəqə: Ağaseyid Qasımov, 66 (Azərbaycan).

Komandalar | O | Q | H | M | T/F | Xal |
| İslandiya | 3 | 2 | 1 | 0 | 9-6 | 7 |
| Rusiya | 3 | 2 | 0 | 1 | 4-3 | 6 |
| Slovakiya | 3 | 1 | 0 | 2 | 7-8 | 3 |
| Azərbaycan | 3 | 0 | 1 | 2 | 5-8 | 1 |
0
0