“Xəzər Lənkəran” “İnter”lə oyuna tam hazırdı
26.09.2013 - 19:28
Topaz Premyer Liqasının VIII turu çərçivəsində sabah doğma meydanında paytaxtın “İnter” klubunu qonaq edəcək “Xəzər Lənkəran” oyunöncəsi son məşqinə çıxıb. Apasport.az saytının məlumatına görə, “ağ-yaşıllar” bir saat davam edən hazırlıq müddətində əsasən taktiki və ev tapşırıqları çalışmalarını yerinə yetirib.
Hazırda “Xəzər Lənkəran”ın heyətində zədəli futbolçu yoxdur ki, bu da məşqçilər korpusunu sevindirən məqamdır.
Xatırladaq ki, Xəzər Lənkəran” – “İnter” matçı saat 19-da start götürəcək.
Mənbə: lankaranfc.com

0
0