TFF qalmaqallı “Beşiktaş” – “Qalatasaray” derbisi ilə bağlı cəzaları açıqladı
26.09.2013 - 21:16
TFF qalmaqallı “Beşiktaş” – “Qalatasaray” derbisi ilə bağlı cəzaları açıqladı
Türkiyə Superliqasının V turu çərçivəsində keçirilən və azarkeşlərin meydana daxil olması səbəbindən 90+3-cü dəqiqədə dayandırılan “Beşiktaş” - “Qalatasaray” (1:2) qarşılaşması ilə bağlı cəzalar açıqlanıb. Apasport.az saytının məlumatına görə, Türkiyə Futbol Federasiyasının (TFF) Nizam–İntizam Komitəsi qalmaqallı derbi ilə bağlı yekun qərarını verib.

Atatürk Olimpiya Stadionunda keçirilən qarşılaşmada “Beşiktaş” ev sahibi komanda olduğu üçün kluba 4 matç azarkeşsiz oynama cəzası verilib. Digər tərəfdən oyun davam edərkən hakimə etirazları səbəbindən tribunaya göndərilən “ağ-qaralar”ın baş məşqçisi Slaven Biliç isə 3 oyunluq cəzalandırılıb.

Rəqibə sərt şəkildə müdaxilə edən və qırmızı vərəqə alan “Qalatasaray”ın braziliyalı futbolçusu Felipe Melo isə 2 oyun komandasına kömək edə bilməyəcək.