“Təşəkkürlər, ata!”
26.09.2013 - 22:23
“Qalatasaray”da baş məşqçi Fatih Terimlə yolların ayırmasına “sarı-qırmızılılar”ın yeni transferi Brumo da öz reaksiyasını bildirib. Apasport.az saytının məlumatına görə, 15 gün öncə heyətə qatılan və Terimi ikinci atası olaraq qəbul edən 18 yaşlı futbolçu “Twitter”dəki şəxsi hesabından açıqlama verib.
Öz səhifəsində təcrübəli mütəxəssislə birlikdə olan şəklini yerləşdirən portuqaliyalı yarımmüdafiəçi bu hadisənin ona dərindən təsir etdiyini deyib. Brumo bu ayrılıqla bağlı məyusluğunu belə dilə gətirib: “Təşəkkürlər, ata (İmperator)! Baş məşqçimiz və azarkeşlərimiz üçün çempion olacağıq”.
Qeyd edək ki, “Qalatasaray” Brumonu 10 milyon avro qarşılığında Portuqaliyanın “Sportinq” klubundan transfer edib.

0
0