“Çelsi”nin yeni transferi ağır zədə ilə üzləşdi
26.09.2013 - 23:57
“Çelsi”nin yeni transferi ağır zədə ilə üzləşdi
“Çelsi”nin futbolçusu Marko van Ginkel ağır zədə ilə üzləşib. Apasport.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi bu hadisəyə görə, “Suindon Taun”la kubok oyununu yarımçıq tərk edib.

Matçın 10-cu dəqiqəsində zədələnərək meydanı tərk etmək məcburiyyətində qalan hollandiyalı futbolçunun ən azı 6 aydan sonra komandasına kömək edə biləcək. “Zadəganlar”la ikinci oyununa çıxan Ginkelin bu bədbəxt hadisə ilə üzləşməsi oyunçunu və komanda yoldaşlarını məyus edib. Onun yaxın günlərdə əməliyyat olunacağı deyilir.

Qeyd edək ki, Marko van Ginkel bu yay Hollandiyanın “Vitess” klubundan “Çelsi”yə transfer olunub.