Abışov “Rubin”ə yenə lazım olmadı
27.09.2013 - 00:45
Abışov “Rubin”ə yenə lazım olmadı
Futbol üzrə Rusiya Premyer Liqasında X turun görüşləri keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin müdafiəçisi Ruslan Abışovun şərəfini qoruduğu “Rubin” klubu növbəti oyununu keçirib.

Kazan təmsilçisi doğma arenada “Dinamo” ilə üz-üzə gəlib. Ötən tur evdə qalib gələ bilməyən “Rubin” bu matçda da meydandan 2:2 hesablı bərabərliklə ayrılıb.

Abışov isə iştirak ərizəsində yer alsa da, baş məşqçi Qurban Berdiyev bu oyunda ona şans verməyib.

Rusiya Premyer Liqası
10-cu tur

26 sentyabr


“Rubin” - “Dinamo” - 2:2
Qollar: Samba, 34 (avtoqol), G. Qaradəniz, 57 – Kokorin, 39, Yonov, 49.