Dopinqə görə milli komandanın futbolçusu və həkimi cəzalandırıldı
27.09.2013 - 04:56
FİFA Nizam-İntizam Komitəsi Yamayka yığma komandasının futbolçusu Cermeyn Hyunu və həkimi Karlot Freyzeri cəzalandırıb. Apasport.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, onlar anti-dopinq qaydalarına əməl etməyiblər.
Yoxlanışdan keçən Hyunun qanında qadağan olunmuş maddə aşkarlanıb. Bu səbəbdən də futbolçu 9 ay yaşıl meydanlardan kənarlaşdırılıb. Bu cəza 35 yaşlı yarımmüdafiəçinin millidəki oyunları da daxil olmaqla, ölkə çempionatı və yoldaşlıq görüşlərinə də şamil olunur.
Komandanın həkimi Freyzer isə bilə-bilə oyunçuya qadağan olunmuş maddə verdiyinə görə, 4 illik vəzifəsindən kənarlaşdırılıb.

0
0