“Latsio” yenə Klozesiz qaldı
27.09.2013 - 06:52
“Latsio” yenə Klozesiz qaldı
“Latsio” klubunun futbolçusu Miroslav Kloze əməliyyat olunub. Apasport.az saytı İtaliya mətbuatına istinadən xəbər verir ki, ayağında zədəsi olan 35 yaşlı hücumçu sağalmayınca həkimlər onu əməliyyat edib.

Almaniyalı forvardın ən azı iki həftə yaşıl meydanlardan uzaq qalacağı deyilir. Klubdan verilən açıqlamaya görə, onu A Seriyasının VIII turu çərçivəsində keçiriləcək “Atalanta” ilə oyuna kimi hazırlamaq üçün əllərindən gələni edəcəklər.

Qeyd edək ki, Kloze cari ilin fevralında da zədələnərək iki aydan artıq komandasına kömək edə bilməmişdi.