Patrisiya Qonzales: Qrupdakı çıxışımızdan razı qaldım
27.09.2013 - 08:01
19 yaşadək qzılardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Patrisiya Qonzales yığmamızın Avropa çempionatının seçmə mərhələsindəki çıxışını dəyərləndirib. Apasport.az saytının məlumatına görə, ispaniyalı mütəxəssis Avro-2014-də mübarizəni avstriyadakı seçmə oyunlarında dayandıran yetirmələrindən arzı qalıb.
İlk oyunda Xorvatiyaya 1:3, sonra meydan sahiblərinə 0:2 hesabı ilə uduzan millimizin son oyunda İsraili 5:0 hesabı ilə yenməsi çalışdırıcını razı qalıb: “Xorvatiya ilə oyunda müəyyən səhvlərimiz oldu. Bu üzdən qarşılaşmanı xalsız bitirdik. Yoxsa seçmə mərhələni fərqli bitirərdik. Amma ümumilikdə qrupdakı çıxışımızdan razı qaldım. Bütün futbolçularımıza təşəkkür edirəm”.
Qeyd edək ki, millimiz seçmə mərhələni 3-cü pillədə başa vurub.

0
0