“Azərbaycanla oyun üçün çox qorxuram”
27.09.2013 - 08:36
“Azərbaycanla oyun üçün çox qorxuram”
“Öz klubunda heyətə düşə bilməyən futbolçuları yığmada meydana buraxdığı üçün Fabio Kapellonu dəfələrlə tənqid etmişəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın tanınmış futbol şərhçisi Gennadi Orlov deyib.

Uzun illərdir telekanallarda futbol matçlarını şərh edən ekspert DÇ-2014-ün seçmə mərhələsinin oktyabrdakı oyunları haqda fikirlərini açıqlayıb. Orlov gələn ayın 11-də Lüksemburq. 4 gün sonra Azərbaycanla qarşılaşacaq Rusiya yığmasının xal itirərək 1-ci pilləni əldən verəcəyindən ehtiyatlanır: “Lüksemburq və Azərbaycanla səfərdə keçiriləcək oyunlar üçün çox qorxuram. Lakin biz yalnız fikrimizi deyə bilərik. Yığmaya görə isə Kapello cavab verir. Artıq Andrey Arşavin “Zenit”ə kömək edir. Onun qol ötürməsindən sonra Halk çox təəccübləndi. Adətən belə ötürmələri yalnız braziliyalılar verir. Arşavin də yığmada oynamağa layiqdir”.

Qeyd edək ki, Rusiya yığmasının baş məşqçisi Fabio Kapello qarşıdakı 2 oyun üçün açıqladığı heyətə Andrey Arşavini daxil etməyib.