“Qarabağ”a güclü olduğumuzu sübut etmişik”
27.09.2013 - 10:38
“Həftəsonu “Qarabağ”la vacib oyuna çıxacağıq. Bu iki komandanın indiyə kimi keçirilmiş bütün Azərbaycan çempionatlarında çıxış etməsi çox şeydən xəbər verir”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin kapitanı Rəşad Sadiqov deyib.
O, Topaz Premyer Liqasının VIII turu çərçivəsində “Qarabağ”la oyun öncəsi klubunun rəsmi saytına danışıb: “Bu komandalar arasındakı matçlar hər zaman böyük maraq doğurub. Ötən mövsümdə rəqib çempionluq yolunda sona kimi mübarizə aparsa da, həlledici anda biz güclü olduğumuzu sübut etdik. Artıq azarkeşlər də “Neftçi” - “Qarabağ” oyununa “Avropa derbisi” adı qoyub. Məncə, bu qarşılaşma avrokubokların pley-off, yaxud qrup oyunlarından heç nəyi ilə geri qalmır. Azarkeşlər bilsinlər ki, bizim uğurumuz onların dəstəyindən də asılıdır”.
Qeyd edək ki, “Neftçi” – “Qarabağ” oyunu sabah saat 19:00-da başlayacaq.

0
0