Hafiz Məmmədov fransızların xilaskarına çevrildi
27.09.2013 - 10:40
“Öncə Hafiz Məmmədova təşəkkürümü bildirmək istəyirəm. O, klubumuzun xilaskarıdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Fransanın “Lans” klubunun prezidenti Jerve Martel deyib.
Klub rəhbəri Parisdə ikiqat Azərbaycan çempionu “Bakı” ilə imzalanan əməkdaşlıq müqaviləsi haqda fikirlərini açıqlayıb.
Martel bunu “Lans”ln xilası üçün zəruri addım sayır: “Məmmədov çətin durumda olan “Lans”a dəstək verməklə, 100-dən artıq yaşı olan klubumuza ikinci nəfəs verdi. Biz bunun məsuliyyətini dərk edirik. Komandamız Fransa 1-ci liqasına vəsiqə uğrunda mübarizə aparır və mən sizə söz verirəm ki, biz bu çətin vəzifənin öhdəsindən gələcəyik”.
Martel iki ölkə arasında əlaqələrə də toxunub: “Azərbaycan bizim üçün çox maraqlı ölkədir. Ölkələrimiz müxtəlif sahələrdə uğurla əməkdaşlıq edirlər. Biz Azərbaycanın sürətli inkişafının şahidiyik. Ölkəniz qısa müddət ərzində böyük yol qət edib. Vurğulamaq istəyirəm ki, Azərbaycan idmana böyük diqqət ayrılan lider ölkələrdən biridir. Təsadüfi deyil ki, bu maraq ölkə sərhədlərini aşaraq Fransaya qədər uzanıb. Biz “Azərbaycan Land of Fire” titullu reklamı ilə çıxış etməkdən qürur duyuruq. Azərbaycana etdiyim səfərlər nəticəsində formalaşan fikirlərimə görə bu ölkənin parlaq gələcəyi var. Bu ölkənin Hafiz Məmmədov kimi fədakar insanları var”.
“Lans”ın prezidenti əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağına əmin olduğunu da açıqlayıb: “Azərbaycan futbolunun inkişafına öz töhfəmizi vermək istəyirik. Arzu edərdim ki, yaxın zamanlarda “Lans”da azərbaycanlı futbolçuların çıxışlarını izləyək. Bunun üçün bütün zəruri şəraiti yaratmağa hazırıq. Lans Fransanın ən gənc şəhərlərindən biridir. Nor-Pa-De-Kale əyalətinin 4 milyon əhaliyə malik əhalisi “Lans”la nəfəs alır. Sonda bir daha Məmmədova dərin təşəkkürümü bildirirəm ki, “Lans”a dəstək verməklə, həm klubun ənənələrini yaşadır, həm də Azərbaycan futbolunun inkişafına yönəlmiş fəaliyyətində aparıcı ölkələrin təcrübəsindən yararlanaraq öz xalqına xidmət etmiş olur”.

0
0