“Qarabağ”la oyun Avropa Liqasındakı qarşılaşmalarımız kimi olacaq”
27.09.2013 - 10:55
“Artıq çempionatın 7 turu arxada qalıb. Bəzi oyunlarda xal itirməsəydik, hazırda ilk pillədə də ola bilərdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin futbolçusu Saşa Stamenkoviç deyib.
Klubun rəsmi saytına açıqlama verən serbiyalı qolkiper Topaz Premyer Liqasının VIII turunun “Qarabağ”la oyunu haqda fikirlərini açıqlayıb.
Stamenkoviç qarşılaşmanın maraqlı alınacağına əmindir: “Liderlər qrupunda qərarlaşmışıq və çempionluq mübarizəmizi davam etdiririk. Hər oyunda olduğu kimi, “Qarabağ”la matçda da məqsədimiz bəllidir. Əlbəttə, hər qapıçı istəyər ki, meydanı qol buraxmadan tərk etsin. Lakin qələbə daha vacibdir. Azarkeşlərin bu görüşə “Avropa derbisi” adı verməsi də məncə təsadüfi deyil. Şübhəsiz ki, bu qarşılaşma da Avropa Liqasının qrup mərhələsində “Partizan” və “Rubin” komandalarına qarşı keçirdiyimiz oyunlar qədər maraqlı olacaq. Derbi oyunları nə qədər çox olsa, həm çempionatın səviyyəsi yüksələr, həm də stadionlara daha çox azarkeş gələr”.
Qeyd edək ki, sabah keçiriləcək “Neftçi” – “Qarabağ” oyunu saat 19:00-da başlayacaq.

0
0