Xaqani Məmmədovun ayıbı
27.09.2013 - 12:53
2014-cü il üçün FİFA hakimlərinin siyahısı təsdiqlənmək ərəfəsindədi. Artıq bir çox milli assosiasiyalar rəsmi saytları vasitəsilə ali futbol qurumuna göndərdikləri namizədlərin siyahısını açıqlayıblar. Gəl ki, AFFA Hakimlər Komitəsi məlum siyahını “hərbi sirr” kimi ictimaiyyətdən gizlədir. Niyə, nə səbəbə - məlum deyil.
Adətən FİFA-ya təqdim olunan siyahının sorğusuz-sualsız təsdiqləndiyini nəzər alsaq, Xaqani Məmmədovun rəhbərlik etdiyin qurumun davranışı başadüşülən deyil. Hansısa məsələni ictimaiyyətdən o vaxt gizləyərlər ki, qorxub, çəkinəcək bir şey olsun. Hərçənd, bu da çıxış yolu deyil. Doğruların üzə çıxması, sadəcə zaman məsələsidi. Yalanla, pərdə arxasında gizli iş çevirməklə, uzağa getmək olmaz.
Hakimlər Komitəsinin üzə çıxmasını istəmədiyi bir ayıbı var – qurumun FİFA-ya göndərdiyi siyahını gizli saxlamasından çıxartdığımız nəticə belədi. Yoxsa niyə gizləsinlər? Demək, çəkinəcəkləri məqam və ya məqamlar var.
Məmmədov FİFA-ya hakimlərin deyil, terrorçu adı göndərmiş kimi davranır. Lakin komitə sədri siyahını hər nə qədər gizli saxlamağa çalışsa da, sızmalar qaçılmazdı. Belə ki, əldə etdiyimiz məlumata görə, Hakimlər Komitəsi 2013-cü ildə olduğu kimi yenə Anar Salmanov, Rəhim Həsənov və Əliyar Ağayevin ölkəmizi beynəlxalq arenada təmsil etməsini məqsədəuyğun sayıb. Elə buna görə də bu “üçlüy”ün adı yenidən FİFA-ya təqdim olunub. İlin sonunda İsveçrədən gələcək cavab isə onların gələn il üçün FİFA referisini olacağını təsdiqləyəcək.
Bu “üçlüy”ün içərisində diqqətçəkən şəxs Salmanovdu. Ötən mövsüm ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Neftçi” – “Qarabağ” matçında (2:1) ciddi səhvlərə yol verən və həmin vaxtdan bəri Premyer Liqada fit çalmayan referinin siyahıya düşməsi həqiqətən maraqlı məqamdı. Olmaya, məhz bu səbəbdən siyahı gizli saxlanılır?
Məmmədov özlərinə rəva bilmədikləri baş hakimi FİFA-ya “sırıyır”. Belə bir şeyi gizləməyib, nə etsinlər? Yəqin düşünürlər ki, adlar indidən açıqlansa, Salmanovla bağlı sorğu-suala tutularlar və bunun səs-sorağı ali futbol qurumunda siyahını təsdiqləyəcək şəxslərin qulağına çatar.
Həqiqətən analoqu olmayan, cəsarət tələb edən bir davranışdı: Premyer Liqada təyinat vermədiyi referinin adını yalnız bizim Hakimlər Komitəsi FİFA-ya göndərə bilər...
Qaydalara əsasən, avqustun 16-dan sentyabrın 24-dək olan müddətdə quruma daxil olan bütün milli assosiasiyalar beynəlxalq dərəcəli hakim adına namizədlərinin siyahısını FİFA-ya təqdim edir. Ali futbol qurumu isə ilin sonunadək hər ölkə üzrə hakimlərin təsdiqləyir. Ötən ilin dekabrında Azərbaycanın 18 hakimi belə status almışdı. Bunlar FİFA referiləri Əliyar Ağayev, Rəhim Həsənov, Anar Salmanov, FİFA referi köməkçiləri Yaşar Abbasov, Mübariz Haşımov, Namiq Hüseynov, Mehman Mahmudov, Vaqif Musayev, Zeynal Zeynalov, futzal üzrə FİFA referiləri Elçin Məmmədov, Ramil Namazov, Yusif Nurullayev, Elçin Səmədli, çimərlik futbolu üzrə FİFA referiləri Əfqan Həmzəyev, İnqilab Məmmədov, qadın FİFA referisi Səbayel Qurbanova, qadın FİFA referi köməkçiləri Yuliya Larionova, Gülyana Güvəndiyeva idi.

0
0