Azərbaycanda oynayıb, Kiyev “Dinamo”suna gedir
27.09.2013 - 12:59
Azərbaycanda oynayıb, Kiyev “Dinamo”suna gedir
Kiyev “Dinamo”sunun məşqçisi vəzifəsinə namizədlərin siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Oleq Bloxinin köməkçisi olmağa 5 namizəd var.

Onlar arasında Azərbaycanda çıxış etmiş Sergey Konovalov da yer alıb.

Futbolçu karyerasını Bakının “İnter” klubunda başa vuran 5 qat Ukrayna çempionu heyətində parladığı Kiyev təmsilçisinə qayıtmağa yaxındır.

Qeyd edək ki, 2005/06 mövsümündə Ukrayna Futbol Federasiyasının indiki prezidenti, həmin vaxt paytaxt təmsilçisini çalışdıran Anatoli Konkovun dəvətilə Azərbaycana gələn yarımmüdafiəçi 33 yaşında keçdiyi “İnter”də 22 matça 3 qol vurmuşdu.