“Bakı”nın legioneri məşqə gəlmədi
27.09.2013 - 13:41
“Bakı” növbəti tur qarşılaşacağı “Sumqayıt”la oyunun hazırlığını davam etdirir. Apasport.az saytının məlumatına görə, komanda bu gün bir məşqlə kifayətlənib. Səhər saatlarına təyin olunan hazırlıqda yüngül qaçış və isinmə hərəkətlərinə yer ayıran baş məşqçi Milinko Pantiç daha sonra yetirmələrinə toplu çalışmalar verib.
Ardından kiçik qruplara bölünən futbolçular qısa ötürmələr üzərində çalışıb. Fiziki hazırlığa da diqqət ayıran Pantiç daha sonra düzülmüş maneələrdən sürətli keçid tapşırığı verib. Saatyarım sürən məşq uzun ötürmələr və qapıya asmalarla başa çatıb.
Qeyd edək ki, “zolaqlılar” bu görüşə itkilərlə çıxacaq. Hazırda zədə üzündən Deyvidas Çesnauskis və Elvin Əliyev kollektivdən ayrı çalışır. Mario Rubio isə son məşqdə iştirak etməyib. Yüngül zədəsi olan yarımmüdafiəçi ambulator müayinədən keçir.

0
0