“Elçe” – “Real” matçının baş hakimi cəzalandı
27.09.2013 - 13:56
İspaniya Futbol Federasiyası “Elçe” – “Real” matçının (1:2) baş hakimini cəzalandırıb. Apasport.az saytının məlumatına görə, Sezar Munis Fernandes növbəti 2 turda heç bir oyuna təyinat almayacaq.
Lakin 43 yaşlı referi La Liqanın sonuncu turunda “Elçe” ilə səfər matçının 90+6-cı dəqiqəsində madridlilərin lehinə qərəzli penalti qərarı verməklə, görüşün nəticəsinə birbaşa təsir etdiyi üçün cəzalandırılmayıb. Fernandes İspaniya çempionatının IV turu çərçivəsində keçirilən “Barselona” – “Sevilya” qarşılaşmasında (3:2) qonaqların təmiz qolunu qeydə almamasının qurbanı olub.
Fernandesin “Elçe” – “Real” matçındakı səhvlərinə isə növbəti həftə baxılacaq. Onun cari mövsümdə bir daha “Elçe”nin oyunlarına təyinat almayacağı, gələn ilin yanvarından beynəlxalq görüşləri idarə etmək hüququndan mərhum ediləcəyi və mövsümün sonunda aşağı dəstəyə göndəriləcəyi gözlənilir.
Qeyd edək ki, ispaniyalı həmkarlarından fərqli olaraq, AFFA Hakimlər Komitəsi cəzaları açıqlamağı lazım bilmir.

0
0