“Sumqayıt” rahat udulası komanda deyil”
27.09.2013 - 14:00
“Sumqayıt” rahat udulası komanda deyil”
“Artıq ardıcıl iki oyundur xal itiririk. Belədə növbəti görüşdə mütləq qələbə qazanmalıyıq”. Apasport.az saytının məlumat görə bu sözləri “Bakı”nın baş məşqçisi Milinko Pantiç deyib.

“Zolaqlılar” Topaz Premyer Liqasının VIII turunda “Sumqayıt”ı qəbul edəcək. Sabah baş tutacaq oyun ərəfəsində klubun saytına danışan serbiyalı çalışdırıcı bunları deyib: “Komandada heç bir problem yoxdur. Premyer Liqadakı hər bir matç bizim üçün final oyunu kimi qəbul olunur. “Sumqayıt” rahat udulası komanda deyil. Gənc futbolçulardan qurulmuş rəqibə hörmətlə yanaşırıq. Ancaq qarşılaşmadan 3 xalla ayrılmaq əsas hədəfimizdi”.

Mənbə: fcbaku.com