“Rusiya futbol infrastrukturuna görə Azərbaycandan geri qalır”
27.09.2013 - 14:05
“Təxminən 55 ildi futboldayam. İnfrastruktur məsələsi Rusiya üçün əbədi problem olub”. Apasport.az saytının məlumatına görə, bu sözləri UEFA-nın məsləhətçisi Valeri Çuxri deyib.
Vaxtilə Azərbaycana da səfərlər edən mütəxəssis Rusiya Premyer Liqasında meydanların durumu ilə bağlı oyunların baş tutmasında yaranana problemlərdən danışıb.
Çuxri infrastruktura görə ölkəsinin Azərbaycandan da geri qaldığını düşünür: “Klubları məcbur etmək lazımdır ki, təbii örtüklü əsas meydança ilə yanaşı, 5-10 min azarkeş tutan süni örtüyü olan ehtiyat stadion da inşa etsinlər. “Şerif”in “Anji” ilə Tiraspoldakı Avroliqa oyununu gördük. Orada əsas stadionun yanında süni örtüklü əla arena da var. Azərbaycan, Özbəkistan, Latviya klublarında da eyni şəraitə rast gəlmək mümkündür. Futbol infrastrukturuna görə Rusiya Moldova və Azərbaycandan geri qalır. Biz də qonşularımızla ayaqlaşmalıyıq. Futbolçu almağa simiclik etməyən klublar süni örtüklü meydanlar üçün də xərc çəkməlidir”.
Qeyd edək ki, Rusiya MOİK-inin Çempionlar Liqasının qrup mərhələsinin gələn həftə Çexiya “Viktoriya”sı ilə keçirilməli olan oyununu qəbul edəcək stadionla bağlı ciddi problem yaranıb.

0
0