“Əl-Şaaravi saçına əl gəzdirsə, yaxşı olar”
27.09.2013 - 14:35
“Milan”ın forvardı Mario Balotelli komanda yoldaşları M’Baye Niyanq və Stefan Əl-Şaaravi barəsində fikirlərini bölüşüb. Apasport.az saytının məlumatına görə, İtaliya millisinin forvardı klubdakı həmkarlarını tərifləməklə yanaşı, Əl-Şaaraviyə “ilişiməyi” də unutmayıb: “Nyanqın böyük potensialı var. Onda yalnız bir qədər özünəinam çatışmır. Şaaraviyə gəlincə, onun bacarığına kimsə şübhə etmir. Ancaq saçına əl gəzdirsə, yaxşı olar”.
Qeyd edək ki, Mario Balotelli İtaliya çempionatının IV turunda “Napoli” ilə matçda baş hakimi təhdid etdiyi üçün 3 oyunluq cəzalandırılıb.
Qeyd edək ki, Mario Balotelli İtaliya çempionatının IV turunda “Napoli” ilə matçda baş hakimi təhdid etdiyi üçün 3 oyunluq cəzalandırılıb.
0
0