Altıncı beş - STATİSTİKA
27.09.2013 - 15:50
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, Avropa çempionatının seçmə mərhələsində çıxış edən Nikolay Adamın yetirmələri tarixinin ən yaxşı nəticəsini təkrarlayıb.
Komandamız özünün məhsuldarlıq rekorduna nail olub. Belə ki, İslandiya ilə heç-heçə edən (3:3), ardından Rusiya (0:1) və Slovakiyaya (2:4) məğlub olan yığmamız Volqoqraddakı turnirdə 5 qol vurmağı bacarıb.
Qrup sonuncusu olan millimiz 1994-cü ildə debüt etdiyi yarışlarda 1 seçmə mərhələdə ən çox indiki kimi 5 qol vurmuşdu. Bu məhsuldarlıq 2000/01, 2002/03, 2004/05, 2005/06 və 2008/09 mövsümlərində qeydə alınmışdı.
6-cı dəfə 5 qol vurmağı bacaran komandamız ümumilikdə seçmə mərhələlərdəki 67 oyuna 58 qol vurub.

0
0