Sabiq “Barselona”lı dopinq-testə ilişdi
27.09.2013 - 21:31
Sabiq “Barselona”lı dopinq-testə ilişdi
Portu” “Barselona” və “Çelsi” kimi klubların şərəfini qorumuş Deku dopinqə görə cəzalandırılıb. Apasport.az saytının məlumatına görə, Braziliya İdman Məhkəməsi 35 yaşlı yarımmüdafiəçini 1 illik yaşıl meydanlardan kənarlaşdırıb.

Ancaq ötən ay zədələnərək mövsümü qapadan və futbolçu karyerası ilə vidalaşacağını deyən Dekuya bu cəzanın elə də təsiri olmayacaq.

Qeyd edək ki, Deku hazırda Braziliyanın “Fluminense” klubunun müqaviləli futbolçusudur.