Stefan Əl-Şaravi: Balotelli “Milan”a ziyan vurur
27.09.2013 - 22:20
Stefan Əl-Şaravi: Balotelli “Milan”a ziyan vurur
“Milan”ın gənc futbolçusu Stefan Əl-Şaravi qalmaqallı komanda yoldaşı Mario Balotelli haqqında maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, İtaliya mətbuatına danışan 20 yaşlı hücumçu Balotellinin IV turdakı “Napoli” ilə matçda hakimə sərt etirazları səbəbindən 3 oyunluq cəzalandırılmasına münasibət bildirib

O, həmkarına əsəblərini cilovlamağı məsləhət görüb: “Etdiklərinin səhv olduğunu bilir. Elə ona görə də üzr istədi. Hesab edirəm ki, Balotelli bu vərdişlərini tərgitməlidir. Çünki onun bu hərəkətləri komandaya ziyan vurur”.

Qeyd edək ki, İtaliya millisinin Misir əsilli futbolçusu Əl-Şaravi 2011-ci ildə “Cenoa”dan “Milan”a transfer olunub.