“Xəzər Lənkəran”ın planı
27.09.2013 - 23:57
“Xəzər Lənkəran”ın  planı
Topaz Premyer Liqasının VIII turu çərçivəsində dünən “Fırtınalar meydanı”nda “İnter”ə 0:1 hesabı ilə məğlub olan “Xəzər Lənkəran” qarşılaşmanın ardından bir günlük sərbəst buraxılıb. Apasport.az saytının məlumatına görə, bu gün istirahət edəcək “ağ-yaşıllar”, sabah yenidən bir araya gələcək.

Cənub təmsilçisi iki gün ərzində doğma şəhərdə hazırlaşacaq. Komanda oktyabrın 1-dəki günorta məşqindən sonra Lənkəranı tərk edərək Bakıya yollanacaq.

Xatırladaq ki, “Xəzər Lənkəran” Premyer Liqanın IX turu çərçivəsində “Rəvan”ın qonağı olacaq. Bu görüş oktyabrın 4-də baş tutacaq.

Mənbə: 12cioyuncu.info