“Bakı” qələbə qazandı, derbidə qol vurulmadı
28.09.2013 - 19:50
“Bakı” qələbə qazandı, derbidə qol vurulmadı
Bu gün Topaz Premyer Liqasında VIII turun növbəti oyunları keçirildi. Apasport.az saytının məlumatına görə, ikinci oyun günündə baş tutan iki matçda bir qol vuruldu.

Günün açılış qarşılaşmasında “Bakı” “Sumqayıt”ı qonaq etdi. Ötən tur səfərdə xal itkisi ilə üzləşən “zolaqlılar”ın bu oyunda asan qələbə qanacaqları gözlənilirdi. Amma Milinko Pantiçin rəhbərlik etdiyi kollektiv 3 xalı çətinliklə, Mindauqas Kalonasın ikinci yarıda vurduğu tək qolla hesabına yazdırdı.

Turun mərkəzi qarşılaşması isə “Bakcell Arena” stadionunda baş tutdu. Milli çempionatlarımızın daimi iştirakçıları “Neftçi” ilə “Qarabağ”ın budəfəki dueli də prinsipiallığı ilə seçilirdi. Hər iki tərəf ilk növbədə məğlub olmamaq barədə düşündüyündə müdafiəyə böyük önəm verdilər. Bunun nəticəsidir ki, matç qolsuz bərabərliklə yekunlaşdı.

Bu isə lider “Qəbələ”nin işinə yaraya bilər. Yuri Syomin komandası sabah “Simurq”u məğlub edərsə, ən yaxın izləyiciləri ilə aradakı xal fərqini bir qədər də artıracaq.

Qeyd edək ki, Premyer Liqada VIII tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.


Topaz Premyer Liqası, VIII tur
28 sentyabr


“Neftçi” – “Qarabağ” - 0:0
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Mübariz Haşımov, ÖmərPaşayev
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Fariz Yusifov
“Bakcell Arena” stadionu
“Neftçi”: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso, 3. Denis Silva, 6. Rəşad Sadiqov (k), 7. Araz Abdullayev, 9. Flavio Aleks Valensio, 10. Cavid İmamverdiyev, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 22. Mahir Şükürov, 90. Ernest Nfor
Ehtiyat oyunçular: 1. Pavel Doroşevs, 4. Tərlan Quliyev, 5. İqor Mitrseki, 11. Melvin Platye, 19. Mirhüseyn Seyidov, 28. Emin Mehdiyev, 32. Elvin Yunuszadə
Məşqçi: Tərlan Əhmədov
“Qarabağ”: 1. Fərhad Vəliyev (k), 2. Qara Qarayev, 5. Maksim Medvedev, 9. Reynaldo Silva, 11. Nikolas Gelaşvili, 17. Vüqar Nadirov, 20. Riçard Almeyda, 24. Admir Teli, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 70. Marinaldo da Silva
Ehtiyat oyunçular: 89. Miro Varvodiç, 6. Hacı Əhmədov. 7. Namiq Yusifov, 10. Muarem Muarem, 16. Corc Leroy, 18. İlqar Qurbanov, 88. Ulrix Kapolonqo
Baş məşqçi: Qurban Qurbanov


“Bakı” – “Sumqayıt” - 1:0
QOL: Mindauqas Kalonas, 63
Hakimlər: Elvin Əsgərov, Elman Musayev, İsgəndər Əliyev, Tahir Əhmədov
“Bakı”nın təlim-məşq bazasının stadionu
“Bakı”: 29. Kamran Ağayev (k), 3. Yure Travner, 4. Mario Alvares, 6. Vadim Abdullayev, 7. Əfran İsmayılov, 11. Rauf Əliyev, 12. Etto, 16. Juninyo, 20. Mindauqas Kalonas, 23. Lukas Horvat
24. Giorgos Pelagias
Ehtiyat oyunçular: 28. Elxan Əhmədov, 10. Aleksandar Şoliç, 15. Alberto Noquera, 19. Marius Pena, 21. Elvin Məmmədov, 27. Rəhman Hacıyev, 34. Şəhriyar Əliyev
Baş məşqçi: Milinko Pantiç
“Sumqayıt”: 1. Anar Nəzirov, 2. Slavik Alxasov, 4. Samir Abasov (k), 7. Pərdis Fərcad-Azad, 17. Adil İbrahimov, 18. Aleksandr Çertoqanov, 21. Məhəmməd Mirzəbəyov, 27. Nurlan Novruzov, 86. Elşən Abdullayev, 91. Vüqar Əsgərov, 92. Bəxtiyar Həsənalızadə
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 3. Vurğun Hüseynov, 5. Kərim Diniyev, 10. Ruslan Qurbanov, 15. Nodar Məmmədov, 20. Sabir Allahquliyev, 77. Mirzağa Hüseynpur
Baş məşqçi: Aqil Məmmədov

komandaoqhmtx
1
Qarabağ
8
4
3
1
11-4
15
2
Neftçi
8
4
3
1
10-5
15
3
Qəbələ
7
5
0
2
13-7
15
4
Bakı
8
4
1
3
16-7
13
5
AZAL
7
4
0
3
8-10
12
6
Simurq
7
3
2
2
7-6
11
7
Xəzər L
8
2
3
3
6-8
9
8
İnter8
2
1
5
14-15
7
9
Sumqayıt
8
1
2
5
5-13
5
10
Rəvan
7
1
1
5
3-18
4

Bombardir: Mindauqas Kalonas, (“Bakı”) - 5 qol