"Traktorsazi" doğma meydanda qalib gəldi
28.09.2013 - 05:25
"Traktorsazi" doğma meydanda qalib gəldi
Futbol üzrə İran çempionatında XI turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, "Traktorsazi" klubu da növbəti oyununa çıxıb.

Təbrizin təmsilçisi doğma azarkeşləri önündə “Naft Tehtan”ı qəbul edib. Kərim Ansarinin 8-ci dəqiqədəki qolu ilə oyuna öndə başlayan ev sahibləri sona qədər hesabı qoruya biliblər -1:0. Bu qələbədən sonra "Traktorsazi" 19 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Qeyd edək ki, Təbriz klubu növbəti turda “Rah Ahan”la üz-üzə gələcək.