“AFFA yazışmaları həyata keçirsə də, Misirdən sorğumuza bir cavab verilmədi”
28.09.2013 - 12:34
“Əziz Quliyev özü mənə yaxınlaşdı. Dedi ki, zədəm var, məni buraxın “Bakı”ya qayıdım. Biz də onu məxsus olduğu komandaya geri göndərdik”. Bunu apasport.az saytına “Rəvan”ın vitse-prezidenti Bəhruz Şirəliyev deyib.
“Rəvan”ın icarəyə götürdüyü Əziz Quliyev “Bakı”ya qayıdıb. Zədəsi olan futbolçu “18-liy”ə düşmədiyindən bu vasitə daha məqsədəuyğun hesab edilib.
“Sarı-qırmızılar”ın yeni transferlərindən nigeriyalı hücumçu Musa Kabiru isə yol üstdədir. Şirəliyev bunun səbəblərini izah edib: “O bizə Misirin “Əl-Mokavlun Əl-Ərəb” klubundan gəlmişdi. Bizə sərbəst futbolçu kimi keçmişdi, yəni klubundan transfer vərəqi verilmişdi. Ancaq Misir Futbol Assosiasiyasından bizə oyunçunun İT sənədləri göndərilməli idi. Bu, futbolçunun Azərbaycanda oynaması üçün son mərhələ idi. Digəl ki, AFFA adıçəkilən assosiasiyası ilə yazışmaları həyata keçirsə də, ordan sorğumuza bir cavab verilmədi. Uzun müddət cavab gəlmədikdən sonra qərara gəldik ki, havayı yerə futbolçuya pul ödəməkdənsə Kabiru ilə yollarımızı ayıraq”.
Səbuhi TOFİQOĞLU

0
0