“Xəzər Lənkəran”ın sabiq hücumçusu seçimini etdi
28.09.2013 - 13:15
“Xəzər Lənkəran”ın sabiq hücumçusu seçimini etdi
“Xəzər Lənkəran” və “Bakı”nın sabiq hücumçusu Uinston Parks seçimini edib. Apasport.az saytının məlumatına görə, Kosta-Rika yığmasının sabiq forvardı neçə vaxtdır ki, düşərgəsində məşq etdiyi “Uruqvay Koronado” klubunda qalmağa üstünlük verib.

Qeyd edək ki, aldığı ağır zədəyə görə “Bakı”dan ayrılan Parks 1 ildən çoxdur ki, futbol oynamır.