“Qəbələ”nin oynayacağı stadion müəyyənləşdi
28.09.2013 - 16:08
“Qəbələ”nin 15 yaşadək futbolçulardan ibarət komandasının Ukrayna prezidenti Viktor Yanukoviçin şərəfinə keçirilən turnirdə hansı stadionda oynayacağı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Krım Muxtar Respublikasının Gurzuf adlı kurort şəhərciyində keçirilən turnirin görüşləri “Artek” Beynəlxalq Uşaq Mərkəzinin stadionunda keçiriləcək.
“Qəbələ” yer aldığı B qrupunun oyunları zamanı bu gün “Çernomorets” (Ukrayna), sabah “Real-Sukçes” (Moldova) və oktyabrın 1-də Kiyev “Dinamo”su (Ukrayna) ilə qarşılaşacaq. Təmsilçimiz tutduğu yerə uyğun olaraq A qrupundan digər bir komanda ilə oktyabrın 3-də görüşəcək. Həmin qarşılaşmanın nəticəsindən asılı olaraq “qırmızı-qaralar” oktyabrın 5-də 3, 5, 7-cilik və ya final uğrunda oynayacaq.
Qeyd edək ki, artıq turnirdə oyunlara start verilib. “Qəbələ”nin “Çernomorets”lə görüşü Bakı vaxtı ilə saat 19:45-də olacaq.

0
0