“Xəzər Lənkəran”ın sabiq yarımmüdafiəçisi Andorra klubunda – FOTO
28.09.2013 - 16:27
“Xəzər Lənkəran”ın sabiq yarımmüdafiəçisi Andorra klubunda – FOTO
Mirça Rednikin dönəmində “Styaua”dan “Xəzər Lənkəran”a transfer olunmuş Rikardo Vilananın klubsuz günləri başa çatıb. Apasport.az saytının məlumatına görə, 32 yaşlı dayaq yarımmüdafiəçisi 1 il klubsuz qaldıqdan sonra Andorrada oynamağa qərar verib.

O, ölkənin eyniadlı klubu olan “Andorra” ilə müqavilə bağlayıb. Bu klub İspaniyay 5-ci dəstəsi sayılan Kataloniya Primerasında çıxış edir.

Qeyd edək ki, Rikardo Vilana “Xəzər Lənkəran” tərəfindən Yunis Hüseynovun vaxtında - ötən ilin avqustunda transferə çıxarılmışdı.