Hafiz Məmmədov: Biz Çempionlar Liqasına qatılacağıq
28.09.2013 - 17:03
Hafiz Məmmədov: Biz Çempionlar Liqasına qatılacağıq
Bu həftə Fransanın “Lans” klubu ilə “Bakı” arasında rəsmən əməkdaşlıq müqaviləsi imzalandı. Apasport.az saytının məlumatına görə, Parisdə keçirilən mərasiminə gec qatılan “zolaqlılar”ın prezidenti Hafiz Məmmədov Fransa mətbuatına qısa açıqlama verib.

O, “Lans”ın Çempionlar Liqasında görəcəklərini qeyd edib: “Biz mümkün olan nə varsa, onu maksimum əldə etməyə can atırıq. Siz artıq arzular qurmalısınız. Çempionlar Liqası? Bəli, biz bu turnirə qatılacağıq. Qələbə qazanacağıqmı? Niyə də yox. Bizim gücümüz buna çatır”.

Qeyd edək ki, hazırda Fransa Liqa 2-də 14 xalla 9-cu pillədə olan “Lans” ardıcıl 3 oyundur ki, qələbə qazana bilmir.