Milinko Pantiç: Heç oyunçu da etiraz bildirmədi
28.09.2013 - 17:39
“Çox çətin oyun oldu. Gözlədiyimiz kimi, “Sumqayıt”la görüş ağır keçdi. Bununla belə, rəqibi təbrik edirəm. Gənclərə üstünlük verən komanda bu görüşdə heç nə itirmirdi. İtirən yalnız “Bakı” ola bilərdi”. Apasport.az saytının xəbərinə görə, bunu “Bakı” klubunun baş məşqçisi Milinko Pantiç deyib.
“Zolaqlılar”ın çalışdırıcısı Topaz Premyer Liqasının VIII turunda “Sumqayıt” üzərində qazanılan 1:0 hesablı qələbədən sonra fikirlərini açıqlayıb: “Rəqib “Xəzər Lənkəran”, “Qəbələ” və “Neftçi” kimi komandalara başağrısı olub. Bu üzdən qələbə bizim üçün şirin oldu. Burda 0:1 uduza və ya 1:0 qalib gələ bilərdik. Əsas odu ki, ilk hissədən sonra yetirmələrim başlarını itirmədilər. Səbr etdik və qol vurduq.
Vüqar Əsgərovla bağlı penalti epizoduna gəlincə, bunu yaxşı görmədim. Heç oyunçu da etiraz bildirmədi. Ötən tur “İnter”lə görüşdə buraxdığımız 1-ci qola görə şikayət edə bilərdik. Amma bu gün hakimin kiməsə tərəfkeşlik etdiyini demək olmaz” (bakufc.com).

0
0