Almeyda “Neftçi”yə keçəcəyi haqda xəbərə münasibət bildirdi
28.09.2013 - 23:03
“Maraqlı qarşılaşma idi. Əlbəttə, qələbə qazansaydıq, daha yaxşı olardı. Ancaq bunu bacara bilmədik”. Bu sözləri apasport.az saytına “Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda deyib.
Topaz Premyer Liqasının VIII turu çərçivəsində keçirilən “Neftçi” – “Qarabağ” matçında qapılara qol vurulmadı.
Görüş barədə danışan braziliyalı futbolçu komanda oyununa üstünlük verdiklərini bildirib: “Birinci qolu vura bilsəydik, ardı gələcəkdi. Biz komanda oyununa üstünlük veririk”.
Çempionatımızda çıxış edən legionerlər arasında ən yaxşılardan olan Almeydanın son günlər “Neftçi” ilə danışıqlar apardığı bildirilir. Hətta bu işdə paytaxt təmsilçisinin yarımmüdafiəçisi Flavinyonun vasitəçilik etdiyi vurğulanır. Məsələyə aydınlıq gətirən futbolçu deyilənləri təkzib etməklə yanaşı, “Qarabağ” rəhbərliyinə ona şans verdiyinə görə təşəkkürünü çatdırıb: “Heç vaxt belə şey olmayıb. Hamıya çatdırıram ki, “Qarabağ”dayam. Ancaq bu komanda haqda düşünürəm. İstəyirəm ki, komandamda qalım, kömək edim”.

0
0