Reynaldo: Qələbə qazana bilməməyimizin səbəbi... - MÜSAHİBƏ
29.09.2013 - 11:24
Topaz Premyer Liqasının VIII turunda “Neftçi” ilə qolsuz heç-heçə edən “Qarabağ” klubunun futbolçusu Reynaldo oyundan sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.
- Görüşlə bağlı fikrinizi bilmək maraqlı olardı...
- Çox çətin oyun idi. Hər iki komanda yaxşı mübarizə apardı. Qol vurmağa çalışdıq. Təəssüf ki, imkanlarımızdan istifadə edə bilmədik.
- İkinci hissədə daha yaxşı təsir bağışladınız. Bu, ilk hissədə rəqibi yorub sonradan üstünlüyə yiyələnmək tapşırığının nəticəsi idi?
- Həqiqətən də ikinci hissədə daha yaxşı oynadıq. Hətta qol vurmaq üçün şansım da oldu. Ancaq yararlana bilmədim. Ümumi götürdükdə, maraqlı qarşılaşma izlənildi.
- “Qarabağ” son 4 oyunda qələbə qazana bilmir. Səbəbini izah edə bilərsinizmi?
- Biz meydana qələbə qazanmaq üçün çıxırıq. Bütün oyunlarda tapşırıq budur. Buna nail olmaq üçün əlimizdən gələni edirik. Son 4 oyunda qələbə qazana bilməməyimizin səbəbi əlimizə düşən real qol şanslarını düzgün dəyərləndirməməyimizdir. Hər şey edirik, lakin lazım olanı – qolu vura bilmirik.
- İtirdiyiniz xalları bərpa edə biləcəksinizmi?
- Təbii ki, bu mümkündür. Çempionatın hələ cəmi 8 turu arxada qalıb. Qarşıda isə 28 oyunumuz var.
- Maraqlıdır ki, Avropa Liqasının sərgilədiyiniz oyunu Premyer Liqada görə bilmirik. Bunun səbəbi nədir?
- Mən əlimdən gələni edirəm. Avropa Liqasında çox qol vurdum, hədəfimə çatdım. Təəssüf ki, çempionatda buna nail ola bilmirəm. Səviyyəmi artırmaq üçün maksimum çalışıram.
- Yeri gəlmişkən, bu gün hər iki komandanın heyətində yer alan cənubi amerikalı futbolçular arasında gərginlik var idi...
- Oyun zamanı hər şey ola bilər. Nə oldusa, meydanda qaldı. Hansısa ciddi problem yoxdu.
- “Qarabağ”ın fiziki hazırlığında problemlərin olduğunu iddia edən mütəxəssislər var. Onların fikirləri ilə razılaşırsınızmı?
- Xeyr, yaxşı məşqlər keçirik. Komandanın fiziki hazırlığı normaldır. Sadəcə, problem qol vura bilməməyimizlə bağlıdır.

0
0