Erik Ramos: Ola bilsin “Qəbələ” ilə heç-heçə oynadıq - MÜSAHİBƏ
29.09.2013 - 16:43
“Neftçi” klubunun yarımmüdafiəçisi Erik Ramos Topaz Premyer Liqasının VIII turu çərçivəsində “Qarabağ”la görüşdən (0:0) sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.
- Qarşılaşma, deyəsən gözlədiyinizdən də çətin keçdi?
- Əlbəttə, çox çətin oldu. Birinci hissədə yaxşı çıxış elədik. Amma fasilədən sonra üstünlük rəqibə keçdi.
- Bunun səbəbi nə idi?
- Çünki “Qarabağ” topu özündə daha çox saxladı. Buna görə də bizim pressinq etməyimiz alınmadı. Əvəzində rəqib daha çox hücum qurmağa nail oldu.
- Bəlkə “Qarabağ” sizi fiziki cəhətdən də üstələyirdi?
- Elə deməzdim. Sadəcə, birinci hissədə biz daha çox enerji itirdik. Buna görə də ikinci hissədə müdafiə olunduq.
- Mövsümün arxada qalan 8 turunda “Neftçi” qeyri-sabit nəticələri ilə yadda qalıb. Çempion olmaq istəyən komanda üçün hazırkı göstəricini bir qədər uğursuz hesab etmək olarmı?
- Turnir cədvəlində sıxlıqdır. Komandaların hamısı bir-birinə yaxın mövqelərdə yer alıb. Bu gün biz heç-heçə etdik. “Qəbələ” isə “Simurq”la qarşılaşacaq. Əgər onlar qələbə qazansa, yenidən turnir cədvəlinə başçılıq edəcəklər. Növbəti həftə isə biz onlarla qarşılaşacağıq. Həmin dueldə qələbə qazanıb, vəziyyəti xeyrimizə dəyişərik. Amma bu da qəti deyil. Ola bilsin, onlarla heç-heçə edək. Bir sözlə, komandalar arasında fərq elə də böyük deyil. Qarşıda isə 28 oyunumuz var. Bu matçlarda itirilən xalları bərpa edə biləcəyik.
- “Neftçi” digər rəqiblərinin xal itkilərindən niyə yararlana bilmədi?
- Biz də bunu etmək istəyirdik. Ancaq rəqiblərimiz çempionluq uğrunda mübarizə aparır. “Qarabağ” kimi komanda ilə dueldən əvvəl “mütləq qələbə qazanacağıq” demək çox çətindir. Çempionatda hər zaman yüksək yerlərdə qərarlaşan komandalardan biridir.
- Oyun zamanı hər iki komandanın heyətində yer alan cənubi amerikalı futbolçular arasında gərginlik hiss olunurdu. Səbəbi nə idi?
- Meydanda biz rəqibik. Buna görə də gərginliyin yaranması normaldır.

0
0