“Həm müdafiədə, həm də hücumda yaxşı oynadıq”
29.09.2013 - 19:35
“Həm müdafiədə, həm də hücumda yaxşı oynadıq”
“Həm müdafiədə, həm də hücumda yaxşı oynadıq”. Apasport.az saytının xəbərinə görə, bunu “Qəbələ”nin baş məşqçisi Yuri Syomin deyib.

Rusiyalı çalışdırıcı Topaz Premyer Liqasının VIII turunda “Simurq”la səfər matçından sonra fikirlərini açıqlayıb: “Bir neçə qol imkanımız oldu. Təəssüf ki, bunlardan yararlana bilmədik. Hücumlarda son vuruşumuz çatışmırdı. Lazım olan qolu vura bilmədik” (pfl.az).