Georgi Çixradze : Qol buraxmamaq haqqında düşünürdük
29.09.2013 - 19:39
Georgi Çixradze : Qol buraxmamaq haqqında düşünürdük
“Simurq” klubunun baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqasının VIII turunda “Qəbələ” ilə görüşdən sonra fikirlərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, gürcüstanlı çalışdırıcı qolsuz bərabərliklə başa çatan oyunda komandasından razı qaldığını söyləyib: “Oyuna yaxşı başladıq. Rəqibimiz çempionatın liderlərindəndir, güclü komandadır. İlk hissədə aldığımız qırmızı vərəqə bizi müdafiədə oynamağa məcbur etdi. Azlıqda qalmağımıza baxmayaraq, komanda yaxşı oynadı. Rəqibə qarşı əks-hücumlarda oynadıq. İkinci hissənin sonlarına yaxın isə qol buraxmamaq haqqında düşünürdük”. (pfl)