Vaqif Sadıqov: Heç-heçə ədalətli nəticə idi
29.09.2013 - 20:26
“Komandalar qələbə qazanmaq üçün mübarizə aparırdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri AZAL klubunun baş məşqçisi Vaqif Sadıqov deyib.
Təcrübəli mütəxəssis Topaz Premyer Liqasının VIII turunun “Rəvan”la oyunu haqda fikirlərini açıqlayıb. Sadıqov ardıcıl 2 məğlubiyyətdən sonra alınan qolsuz bərabərliyə şərh verib: “Fikrimcə, heç-heçə ədalətli nəticə idi. Ardıcıl iki məğlubiyyətdən sonra qalib gəlmək istəyirdik. 4 gün sonra “Simurq”la çox çətin oyunumuz var. Bugünkü oyundan razı qaldım”.
Mənbə: pfl.az

0
0