“Təəssüf ki, heç-heçə edəndə 3 yox, 1 xal qazanırıq” – MÜSAHİBƏ
29.09.2013 - 23:00
“Qarabağ”ın müdafiəçisi Maksim Medvedev Topaz Premyer Liqasının VIII turunun “Neftçi” ilə oyunundan (0:0) sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.
- Nəticədən razı qaldınızmı?
- Maraqlı görüş oldu. Hər iki komanda açıq futbola üstünlük vermişdi. Bu, biz futbolçulara da xoş idi. Çempionatın iki güclü komandası qarşılaşdığından, bəzən istədiyini həyata keçirə bilmirsən. Heç-heçə oyunun ədalətli nəticəsi idi. Hərçənd, hər iki komandanın imkanları oldu. Bizim qol şansımız daha çox idi. Təəssüf ki, tez-tez ofsayda düşürdük.
- Matçın əvvəli heç-heçə istəyinizdən xəbər verirdi. Məqsədinizə nail olduğunuzu düşünmək olarmı?
- Elə deməzdim. Qol imkanları baxımından bizim şansımız daha idi. “Neftçi”dən Bruno Bertuççinun real imkanı oldu. Onun təxminən 40 metrlik məsafədən vurduğu topu Fərhad Vəliyev dəf etdi. Heç kim deyə bilməzdi ki, “Neftçi” “Qarabağ”ı aşkar üstələmişdi. Düzdür, psixoloji baxımdan müəyyən problemlərimiz var. Hiss olunur ki, “Neftçi”də də çatışmazlıqlar mövcuddur. Hazırkı məqamda heç-heçənin həm “Neftçi”ni, həm də “Qarabağ”ı qane etdiyini demək olar.
- Bəzi mütəxəssislərin fikrincə, “Qarabağ”da fiziki planda problemlər var...
- Fiziki problemin olduğunu deməzdim. Oyunlara baxsaq, 89-cu və ya 90-cı dəqiqədə həyata keçirdiyimiz hücumları, yaratdığımız qol epizodlarını heç 80-ci dəqiqəyə qədər edə bilmirik. Həm də rəqib də “dişimizə” görə idi. Yaxşı müdafiə olunmaqla yanaşı, hücumda da fəallıq göstərirdi.
- Qələbəsiz oyunlar seriyanız dördə yüksəldi. “Qarabağ” üçün bu uğursuz seriyaya nə vaxt son qoyulacaq?
- Pis tərəfi odur ki, heç-heçələri sıralayırıq. Amma futboldur, nə etmək olar? Təəssüf ki, heç-heçə edəndə 3 yox, 1 xal qazanırıq. Nəticədə aşağı pillələrdə yer alan digər komandalar bizə çatır. Növbəti rəqibimiz “Bakı”dır. Onları məğlub edib, vəziyyətimizi düzəltməyə çalışacağıq.
- Rəqiblərin məğlubiyyətinin işinizə yaradığını söyləmək olarmı?
- Heç vaxt rəqiblərin oyunu haqda fikirləşməmişik. Əksinə, bu gün “Bakı”ya azarkeşlik edirdim. İstəyirdim ki, “Sumqayıt”ı udsunlar. Çünki dost-tanışın əksəriyyəti həmin komandada oynayır. Halbuki, onlar bizim əsas rəqiblərimizdən biridir. Ümumiyyətlə, bizimlə oynayan zaman onlar rəqibimiz olurlar.

0
0